RU

“Sumqayıt” üçün SOS

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıt – Zirə 0:0 (kubok)

Sumqayıt – Zirə 2:3

Araz-Naxçıvan – Sumqayıt 1:0

Sumqayıt – Qəbələ 0:0

Kəpəz – Sumqayıt 3:0

Zirə – Sumqayıt 2:0 (kubok)

“Sumqayıt” son 6 oyununda qələbə qazana bilməyib. “Kimyaçılar” 2 dəfə heç-heçə edib, 4 dəfə uduzub. Saşa İliçin rəhbərlik etdiyi kollektiv son 4 matçda da qol vura bilməyib.

İkinci dövrəyə “beşlik”də başlayan “kimyaçılar” indi 7-ci sıraya qədər geriləyib.

Mövsümün əvvəlində qarşıya qoyulan əsas hədəf liqada qalmaq, orta sıralarda qərarlaşmaq idisə, ardıcıl qələbələrdən sonra klubda “avrokubok iştahı” baş qaldırmış, komanda bu mübarizəyə qoşulmuşdu. Bəzi dönəmlərdə ikinci, üçüncü sıraya qədər irəliləyən “kimyaçılar” indi eniş dövrünü yaşayır.

Ötən yay heyətə cəlb olunan, komandanın aparıcı üzvünə çevrilən Marko Yankoviç bir neçə oyunda həlledici qollar vurmuş, məhsuldar ötürmələr etmişdi. Demək olar, bütün klubların əsas çəkindiyi ada çevrilən serbiyalı da indi əvvəlki formasında deyil.

Həmyerlisi, komandanın təcrübəli adı Nikolo Ninkoviç də son oyunlarda intizamsızlığı ilə komandaya problemlər yaratmaqdadır. Liqada “Kəpəz” səfərində, kubokda isə Zirədə qırmızı vərəqə almaqla “kimyaçılar”ı çətin duruma salan yarımmüdafiəçinin oyun baxımından da enişdə olduğunu demək olar.

Komandada hər mövqedə sanki axsamalar başlayır. Yaxşı ritmini qoruya bilməyən “Sumqayıt” indi çətin durumdan çıxa bilmir. Komandanın növbəti rəqibi autsayder “Karvan-Yevlax” olacaq. Bu görüşdə xalın itirilməsi baş məşqçi Saşa İliçin postunu təhlükə altına salacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
137
futbolpress.az

1Источники