RU

“Qanunu bil, həyatı asanlaşdır” 17 qanun üzrə 457 dəyişiklik nəzərdə tutulur

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 mart, AZƏRTAC

Lənkəran şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə tədbiri təşkil olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin xidmətin Lənkəran–Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Görüşdə “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları müzakirə olunub.

Tədbirdə “Qanunu bil, həyatı asanlaşdır” şüarı çərçivəsində əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, son dəyişikliklər 17 qanun üzrə ümumilikdə 457 dəyişiklik edilməsini nəzərdə tutur. Qəbul edilmiş yeni qanunvericilik aktlarının əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması və əmək bazarında şəffaflığın artırılmasıdır. Dəyişikliklərin tətbiq mexanizmləri və praktik icra məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda, tətbiq edilən yeniliklərlə bağlı ən çox sual doğuran məsələlər geniş şəkildə izah olunub, hüquqi boşluqların aradan qaldırılması və normativ tələblərin düzgün tətbiqi sahəsində açıqlamalar verilib.

Çıxış edənlər qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və sosial rifahın artırılması baxımından maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə, həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.

Görüşün yekununda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
117
azertag.az

1Источники