İran yaxın vaxtlarda yeni ali liderini müəyyən edəcək.
Far.Az xəbər verir ki, bu barədə İranın Ekspertlər Şurasının üzvü ayətullah Əhməd Xatəmi bildirib.
"Ali lider yaxın zamanda müəyyən ediləcək, artıq yekun mərhələyə çatmışıq. Lakin ölkədə vəziyyət hərbi şərait olaraq qalır", – deyə Xatəmi bildirib.
O həmçinin vurğulayıb ki, Ekspertlər Şurası artıq yeni ali lider postuna mümkün namizədlərlə bağlı qərarını formalaşdırıb.