RU

Xamenei sui qəsdində şok iddia: Dünyanı silkələyən telefon zəngi

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İranın Ali dini lideri Əli Xamenei və yüksək vəzifəli müşavirlərinin öldürüldüyü hücumla bağlı bütün kəşfiyyat məlumatlarını əhatə edən Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) hesabatının üzə çıxdığı iddia olunur.

Sherg.az xəbər verir ki, ABŞ mərkəzli xəbər saytı "Axios" İranın dini lideri Əli Xameneinin ölümü ilə nəticələnən hücumla bağlı diqqətçəkən iddianı gündəmə gətirib. Adı açıqlanmayan hökumət rəsmilərinin məxfi CIA hesabatına istinadən verdiyi məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahu fevralın 23-də ABŞ-nin prezidenti Donald Trampa zəng edərək Xameneinin fevralın 28-i şənbə səhəri Tehranda yüksək səviyyəli müşavirləri ilə görüşəcəyini bildirib və bu toplantının bir zərbə ilə bir çox yüksək rütbəli iranlı rəsmilərin aradan qaldırılması üçün fürsət yaratdığını deyib.

Məlumata görə, Tramp isə bu informasiyanın təsdiqlənməsi üçün CİA-ya göstəriş verib.

Xəbərdə qeyd olunur ki, Xameneinin təhlükəsizlik tədbirlərini gücləndirəcəyindən və ya gizlənəcəyindən ehtiyat edən Tramp fevralın 24-də etdiyi “Birliyin Vəziyyəti” (State of the Union) çıxışında İrana xüsusi diqqət ayırmamaq qərarı verib.

Digər tərəfdən, CİA ABŞ və İran arasında son danışıqların keçirildiyi gün Xamenei və onun müşavirləri barədə kəşfiyyat məlumatının təsdiqləndiyini bildirib. Bundan sonra yaranmış fürsətdən istifadə olunmasının zəruriliyi barədə mövqe güclənib.

Trampın nümayəndələrinin Cenevrədə İranla keçirilən son nüvə danışıqlarından sonra “razılaşmanın mümkün olmadığı” barədə hesabat təqdim etməsindən sonra, Trampın ertəsi gün hücum əmri verdiyi iddia edilir.

Mənbələrin bildirdiyinə görə, ABŞ və İsrail ilkin mərhələdə hücumu ictimai dəstək formalaşdırmaq məqsədilə martın sonu və ya aprelin əvvəlində həyata keçirməyi planlaşdırırmış. Lakin Netanyahunun gizlənən iranlı müxalif liderlərin rejim tərəfindən öldürülmə riski ilə üzləşdiyini əsas gətirərək əməliyyat tarixinin önə çəkilməsi üçün israr etdiyi vurğulanır.

Rəsmilərdən birinin sözləri belədir: “Fürsət çox sürətlə yarandığı üçün lazımi hazırlıqları əvvəlcədən tam şəkildə görə bilmədik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
sherg.az

1Источники