RU

Trampın Putinə münasibəti, Zelenskiyə soyuq baxışı: İttihamlar, xəbərdarlıqlar

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya həddindən artıq çox silah verməkdə ittiham edib.

Tramp bildirib ki, yuxulu Co Bayden vaxtını və ölkənin bütün pulunu ukraynalı şoumenə xərcləyib:

“Söhbət yüz milyardlarla dollar həcmində pulun boş yerə xərclənməsindən gedir”.

ABŞ prezidenti qeyd edib ki, eks-prezident bu qədər çox pul xərcləməsinə baxmayaraq, qarşılığında heç nə almayıb. Tramp əlavə edib ki, o, Baydendən sonra ehtiyatları bərpa etməyə nail olub və hazırda Amerikanın qeyri-məhdud silah ehtiyatı var, bununla əbədi müharibələr aparmaq mümkündür.

Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib. Əslində bu istək Trampdan Zelenskiyə növbəti xəbərdarlıq kimi qiymətləndirilə bilər. Çünki Tramp üçün müharibənin dayandırılması vacibdir. Buna nail olmaq üçün də o, tərəflərə müəyyən təzyiqlər edir. İndiki məqamda daha zəif halqa Zelenski olduğundan Trampın təzyiqləri də əsasən məhz ona qarşı yönəlib.

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, maraqlı tendensiya yaranıb.

Onun sözlərinə görə, Donald Tramp sələfi Co Baydeni ittiham edir ki, Ukraynaya həddindən artıq silah-sursat verib, maliyyə dəstəyi göstərib:

“Amma Zelenski deyir ki, “ABŞ İranla müharibədə Ukrayna təcrübəsindən istifadə edə bilər”. Yəni Ukrayna prezidenti Trampın başlatdığı müharibəyə dəstək ifadə edir. Bu mənzərə kənardan heç də yaxşı görünmür. Həqiqətən də, hansısa mənada Tramp haqlıdır. Çünki Zelenski şoumendir, aktyordur və səhnədən prezidentlik kreslosuna əyləşib. Düzdür, Zelenski seçki yolu ilə hakimiyyətə gəlib, amma onun ictimaiyyət arasında təbliğatı müəyyən dairələrdən məqsədyönlü şəkildə aparılıb və prezident seçilməsinə nail olunub. Ukrayna kimi ölkələrdə belə təcrübələrdən çox istifadə edirlər. Təəssüf ki, Ukraynada elə bir lider olmalıdı ki, ölkəni bu bəladan qoruya bilsin”.

Əhəd Məmmədli: Tramp hakimiyyətdə qaldığı müddətdə Zelenskiyə münasibət dəyişməyəcək

Müsahibimiz qeyd edib ki, Trampın Zelenskiyə münasibəti əvvəldən mənfidir. ABŞ prezidenti Ukrayna rəhbərini sevmir və onu tənqid edir:

“Trampın Putinə münasibəti daha yaxşıdır. Fakt budur. Nə qədər Tramp, yaxud onun komandasından kimsə hakimiyyətdə qalacaq, Zelenskiyə münasibət dəyişməyəcək. Bu da Kiyevin durumunu daha da çətinləşdirəcək”.

Aydın Baxış

Избранный
3
1
bakivaxti.az

2Источники