RU

Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır Tədbir görən yoxdur VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın 7-ci mikrorayon ərazisində sahibsiz itlərlə bağlı narahatlıq yaranıb.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Abay Kunanbayev küçəsi 3 ünvanında, "Dərnəgül" metrostansiyasının yaxınlığında son vaxtlar sahibsiz itlərin sayı xeyli artıb. Xüsusilə səhər saat 05:00-dan etibarən və axşam 21:00-dan sonra itlər sürü halında məhəlləyə toplaşaraq hürür, bəzən isə ərazi boyunca hərəkət edirlər. 

Bu vəziyyət sakinlər üçün ciddi narahatlıq və qorxu yaradır. Valideynlər övladlarını məktəbə və bağçaya apararkən, eləcə də işə gedən vətəndaşlar səhər tezdən küçəyə çıxarkən çətinliklə üzləşdiklərini deyirlər.

Sakinlərin sözlərinə görə, problem təkcə yaşayış binalarının ətrafı ilə məhdudlaşmır. Metronun giriş-çıxış hissəsində də sahibsiz itlərə tez-tez rast gəlinir. Bu isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarda əlavə narahatlıq yaradır.

Məsələ ilə bağlı video material redaksiyamıza təqdim olunub. Görüntülərdə itlərin sürü halında hərəkət etdiyi və ərazidə toplandığı əks olunur.

Sakinlər aidiyyəti qurumlardan problemin nəzarətə götürülməsini, ərazidə monitorinq aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.

Eltac

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
97
18
avtosfer.az

10Источники