Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 4 mart, AZƏRTAC
“Ulduz” jurnalı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi – “Güney Azərbaycan ədəbiyyatı” çap olunub.
AZƏRTAC xəbər verir ki, dərginin xüsusi mart nömrəsi filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.
Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı ilə davam edir.
“Ulduz” bu nömrəsində Nadir Qüdrətoğlunun şeirlərinə də yer ayırıb. “Tribuna”da Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edir.
“Nəsr”də “Ölümdən güclü” hekayəsi ilə Alpay Azər oxucuların görüşünə gəlib. Dayandur Sevgin Nəzakət Məmmədlinin “Köhnəlməyən xiffət”ini yada salır.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləri yer alıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.