RU

"ABŞ müttəfiqlərini İrana qarşı əməliyyat barədə məlumatlandırmayıb"

ABŞ müttəfiqlərini İrana qarşı əməliyyat barədə məlumatlandırmayıb.

Redaktor.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez TVE-yə müsahibəsində ABŞ-nin İsraillə İrana qarşı birgə hərbi əməliyyatın başlanması barədə müttəfiqlərinə əvvəlcədən məlumat vermədiyini bildirib.

“Heç bir müttəfiqə məlumat verilmədi və Birləşmiş Millətlər Təşkilatını cəlb etmək üçün heç bir cəhd göstərilmədi”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, ABŞ-nin hərəkətləri tamamilə birtərəflidir və beynəlxalq mandatla müşayiət olunmur.

İspaniyanın Baş naziri Pedro Sançes isə Avropanı birləşməyə və ABŞ və İsrailin İrandakı addımlarına qarşı çıxmağa çağırıb. O, həmçinin əməliyyatı pisləyən ilk Avropa lideri olub.

Aminə ŞAHSUVARQIZI

Избранный
18
redaktor.az

1Источники