RU

Xəbərdarlıq: Uşaqlarda pəhriz yalnız...

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlar üçün hazırlanmış pəhriz proqramları fərdi yanaşma tələb edir və valideynlərin təcrübəsiz yanaşması sağlamlıq problemlərinə yol aça bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşaqlar böyüyən orqanizmlər olduğu üçün böyüklər üçün nəzərdə tutulmuş sürətli arıqlama pəhrizləri uşaqlar üçün zərərli ola bilər.

“Uşaqların saatlarla ac qalması, yalnız limonlu su içməsi və ya digər sərt diyetlər psixoloji və fiziki sağlamlığa mənfi təsir göstərir. Əgər çəkili uşağın arıqlamasından söhbət gedirsə, kalori tərkibi azaldılmış, nisbətləri düzgün tənzimlənmiş proqram yalnız uşaq diyetoloqu tərəfindən hazırlanmalıdır”, - deyə mütəxəssis bildirib.

Azad Əkbərzadə vurğulayıb ki, internetdən götürülən pəhrizlər və ya ümumi tövsiyələr uşaqlar üçün təhlükəli ola bilər.

“Hər uşaq fərqlidir, bədənlərinin metabolik sürəti, fiziki aktivliyi müxtəlifdir. Ona görə də pəhriz hazırlayarkən bu fərqləri nəzərə almaq vacibdir”, - deyə o əlavə edib.

Mütəxəssis valideynlərə tövsiyə edib ki, ilk addım olaraq uşağın hərəkətini artırmaq, ikinci addım olaraq lazımsız qidaları, şəkərli və qazlı içkiləri azaltmaq, üçüncü addım isə həkim nəzarəti altında düzgün pəhriz proqramına keçmək olmalıdır.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
bakivaxti.az

1Источники