RU

Xamenei ilə vida mərasiminin təxirə düşməsinin SƏBƏBİ - YENİLƏNİB

Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb.

İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.

Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

***

Tehranda Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

***

İran mərhum Ali Lider Əli Xamenei ilə vida mərasiminin tarixini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İslam Respublikası İslam Koordinasiya Şurasıın rəhbəri Möhsün Mahmudi bildirib ki, İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi çərşənbə axşamı başlayacaq.

Məlumatda qeyd olunur: “İmam Xomeyni namaz meydanında xalq ümmətin mərhum liderinin müqəddəs cənazəsi ilə vidalaşa biləcək”.

Vida mərasimi üç gün davam edəcək və ölkənin müxtəlif bölgələrində təşkil olunacaq. Mərasim çərçivəsində xalqın mərhum liderə hörmətini ifadə etməsi üçün geniş imkanlar yaradılacaq.

Aminə ŞAHSUVARQIZI

Избранный
54
7
redaktor.az

8Источники