RU

Avtomobilini məhkəmədə uduzduğu deyilən Xəyalə Quliyeva danışdı - VİDEO

2024-cü ildə həyat yoldaşından boşanan tanınmış aktrisa Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobilini məhkəmədə həyat yoldaşına uduzması barədə yayılan xəbərlərə münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, aktrisa maşının hazırda özündə olduğunu söyləyib:

“Səhər durmuşam, hamı mənə xəbər atır. Başa düşmürəm, bu məlumatları haradan alırlar. Niyə məndən soruşmurlar? Maşınımdayam, maşınımda da olacağam". 

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatda Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşının məhkəmə iddiası qaldırdığı, birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət etdiyi bildirilir.

Məlumata görə, aktrisanın keçmiş əri Yusif Musyaev X.Quliyevanın 2019-cu ildə udduğu “Nissan Kicks” markalı avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib. Birinci instansiya məhkəməsi “Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib.

Xəyalə Quliyevanın daha sonra Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət etdiyi, lakin onun şikayətinin təmin edilmədiyi qeyd edilir.

Billurə

Избранный
92
1
olke.az

2Источники