Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Çempionatı keçirilib.Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Əli Əsgərov uğurlu nəticə göstərərək çempion adına layiq görülüb. O, 93 kq çəki dərəcəsində çıxış edərək 190 kiloqram ağırlığı qaldırıb və rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.Bu nəticə ilə növbəti dəfə Azərbaycan çempionu olan Əli Əsgərova, həmçinin muxtar respublikada pauerliftinq idman növünün inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


