RU

DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini

Daxili işlər orqanlarında qadınların təmsilçiliyi ümumi şəxsi heyətin 12%-ni təşkil edir. Bu barədə Daxili İşlər nazirinin müavini İsmət Əliyev Milli Məclisdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, gender bərabərliyi prinsipi Daxili İşlər Nazirliyində də qorunur.

Nazir müavininin sözlərinə görə, hazırda sistemdə 4,134 qadın əməkdaş, o cümlədən 64 rəhbər vəzifədə olan qadın xidmət edir.

Gülnar Nazimqızı 

Избранный
2
1
anews.az

2Источники