RU

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

 
Yenilik.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.
 
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.
 
Sonra dövlət başçısı səfirlə söhbət edib.
 
Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deyib.
 
Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
 Fotoları təqdim edirik






Избранный
19
49
yenilik.az

10Источники