İran ali rəhbərliyin hazırladığı hərbi planın icrasına başlayıb.
Redaktor.az xəbər verir ki, “Financial Times” (FT) qəzetinin mənbəyə istinadən yaydığı məlumata görə, İran qüvvələri Ali Rəhbər Ayətullah Əli Xamenei və Tehranın ali komandanlığı tərəfindən hazırlanmış hərbi planı həyata keçirməyə başlayıb.
Nəşrin yazdığına görə, plan 2025-ci ilin iyun ayında İsrail və İran arasında baş vermiş 12 günlük hərbi toqquşmadan sonra hazırlanmağa başlayıb. Mənbənin sözlərinə görə, planın əsas məqsədi ABŞ və İsrailə hücumları dayandırmaq üçün təzyiq göstərməkdir.
Bildirilir ki, plana enerji obyektlərinə zərbələr endirilməsi və regionda hava nəqliyyatını poza biləcək hücumların təşkili də daxildir.
Aminə ŞAHSUVARQIZI