RU

Fransa qırıcı təyyarələri BƏƏ istiqamətində uçan İran dronlarını VURDU

Fransa Rafale qırıcıları BƏƏ istiqamətində uçan İran dronlarını vurub.

Redaktor.az-ın RFI-yə (Fransız Beynəlxalq Radiosu) istinadən məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot "France 2"yə bildirib ki, Fransa qırıcı təyyarələri BƏƏ istiqamətində uçan İran dronlarını ələ keçirib və məhv edib.

Nazir həmçinin Fransa vətəndaşlarının təxliyəsi ilə bağlı bildirib ki, 4 martda bir neçə uçuş həyata keçiriləcək. Onlardan biri BƏƏ-dən, digəri isə İsraildən qayıdan həmvətənlərimiz üçün Misirdən olacaq.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından və İranın Fars körfəzi ölkələrində və İsraildə ABŞ və İsrail hədəflərinə cavab zərbələrindən sonra bir çox ölkənin hava məkanı bağlanıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
41
1
redaktor.az

2Источники