Bakı, 4 mart, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “X” platformasında verdiyi açıqlamada İranda nüvə materialları olan obyektlərdə heç bir ziyan aşkar etmədiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, BAEA hazırda radioaktiv şüalanma riski görmədiyini əlavə edib.
“Ən son mövcud peyk görüntülərinin təhlilinə əsasən, BAEA nüvə materialları olan İran obyektlərində heç bir ziyan aşkar etməyib və buna görə də hazırda radioaktiv şüalanma riski yoxdur. İsfahandakı nüvə obyektinin yaxınlığında iki binaya ziyan dəydiyi görünür. Natanz obyektində əvvəllər qeydə alınan zərərdən sonra girişlərdə yeni ziyan aşkar edilməyib. Buşəhr Atom Elektrik Stansiyası da daxil olmaqla, digər nüvə obyektlərində heç bir ziyan aşkar edilməyib”, - deyə açıqlamada bildirilir.