
“Əgər lazım gəlsə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında tankerləri müşayiət edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkə səhifəsindı bildirib.
Ağ Ev rəhbəri belə bir qərarın çox yaxın gələcəkdə verilə biləcəyini qeyd edib.
Tramp həmçinin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) Fars körfəzi üzərindən bütün dəniz ticarəti, əsasən enerji üçün “çox münasib qiymətə” siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təmin etməyi tapşırıb.
Digər tərəfdən martın 3-də “Politico” qəzeti mənbələrə istinadla xəbər verib ki, Tramp administrasiyası enerji qiymətlərini sabitləşdirmək məqsədilə Hörmüz boğazından keçən neft və qaz tankerlərinə hərbi müdafiə təmin etməyi nəzərdən keçirir.