RU

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

İqtisadiyyat Nazirliyində Mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib.

İqtisadiyyat nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə Mentorluq proqramı çərçivəsində görüşlər keçirib.

Görüşlərdə proqram çərçivəsində qaliblərin qazandıqları təcrübə və bacarıqlar, fərdi inkişaf planı, eləcə də perspektiv imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Müsabiqə qalibləri ölkəmizdə həyata keçirilən layihələrin idarə edilməsində maraqlı olduqlarını, “Yüksəliş” müsabiqəsinin onların şəxsi inkişafında praktik bilik və təcrübə qazanmaq baxımından faydalı olduğunu qeyd ediblər.

Qaliblərin bacarıq və səriştələrinin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib, onlara gələcək karyera yolunda uğurlar arzulanıb.

Избранный
98
3
azerbaijan-news.az

4Источники