RU

Çempionlar Liqasının qalibini Azərbaycan klubuna dəyişir? - RƏSMİ AÇIQLAMA

PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Sabah" mərakeşli qapıçını mövsümün sonunda heyətinə cəlb edəcək. 20 yaşlı qolkiperin PSJ ilə müqaviləsi yayda başa çatır və buna görə də "Sabah"a azad agent kimi keçə bilər.

Məsələ ilə bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlama verib.

Klub rəsmisi iddianı konkret olaraq təsdiqləməyib, amma tam olaraq inkar da etməyib:

"Klubumuzun seleksiya xidməti mövsüm ərzində komandamızı gücləndirə biləcək futbolçuların axtarışı istiqamətində fəaliyyətini davam etdirir.

Hər hansı keçid rəsmiləşdirildiyi halda, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Mərakeşin U-20 millisinin üzvü olan Bilal Laurendon PSJ-nin akademiyasının yetirməsidir. O, klubun U-23 komandasında çıxış edir.

XANOĞLAN

Избранный
106
1
sportinfo.az

2Источники