RU

Nazir təyin olunan Fərid Bağırzadə kimdir? - DOSYE

Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

 

Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirinin dosyesini təqdim edirik:

 

Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib.

 

2016-2018-ci illərdə özəl sektorda, 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

 

2023-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.

Tarix: 4 Mart 2026, 17:08   
Избранный
6
12
pravda.az

10Источники