RU

“Qalatasaray” azarkeşləri “Liverpul”un meydanına buraxılmayacaqlar


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Qalatasaray” azarkeşlərinə Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyunu üçün bilet satışını qadağan etmək qərarına gəldiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məluat yayıb.
Məlumata görə, klub həmçinin 40 000 avro cərimə olunub.
Cəza, fevralın 25-də Turində keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la oyununda “Qalatasaray” azarkeşlərinin davranışları ilə bağlı tətbiq edilib. Belə ki, oyun zamanı Türkiyə komandasının azarkeşləri pirotexniki vasitələrdən istifadə edib, qarışıqlıq yaradıb və meydana əşyalar atıblar.
Избранный
32
yeniavaz.com

1Источники