RU

"Müəllimlər "TəhsilPlus" kartı vasitəsilə ticarət mərkəzlərində alış-veriş edə bilərlər" - Nicat Məmmədli

““Təhsil Plus” layihəsi müəllimlərə əlavə üstünlüklər təqdim edir”.

Redaktor.az xəbər verir ki, bu barədə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Nicat Məmmədli məlumat verib.

Nicat Məmmədli bildirdi ki, “TələbəPlus” kartından sonra “TəhsilPlus” kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Həmçinin o vurğuladı, müəllimlər TəhsilPlus kartı vasitəsilə ticarət mərkəzlərinə daxil olub alış-veriş edə bilərlər. 

"TəhsilPlus kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək. “Təhsil Plus” kartı həm əməkhaqqı kartı, həm debet kartı, həm də müxtəlif müəssisə və xidmət nöqtələrinə rahat çıxış imkanı yaradan çoxfunksiyalı alət kimi fəaliyyət göstərir. “TəhsilPlus” kartı istifadəçilərin gündəlik xərclərində real qənaət imkanları formalaşdırır: “Birbank” tətbiqi vasitəsilə BakıKart və QR biletlərinə 10 faiz, kitab və dəftərxana ləvazimatlarına 5 faiz, kinoteatrlarda 5 faiz, “BRAVO”da QR ödənişlərə 3 faiz, yanacaqdoldurma məntəqələri, kafe və restoranlar, apteklərdə 3 faiz bonus təqdim olunur. Kart istifadəçiləri aylıq olaraq təqdim edilən 7 kateqoriyadan 5-ni seçmək hüququna malikdirlər. Bu isə xərclərin fərdi istehlak vərdişlərinə uyğun optimallaşdırılmasına imkan yaradır.

“TəhsilPlus” kart sahibləri “Mastercard”ın beynəlxalq “Mastercard Priceless Specials” proqramına birbaşa çıxış əldə edirlər: Bu proqram çərçivəsində istifadəçilərə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində eksklüziv endirimlər və xüsusi təkliflər təqdim olunur. Bütün aktiv kampaniyalar və üstünlüklərlə bağlı ətraflı məlumatı “mastercard.az” saytı vasitəsilə, eləcə də “Mastercard” çatbotundan istifadə etməklə əldə etmək mümkündür".

Nuriyyə NATİQQIZI

Избранный
29
3
redaktor.az

5Источники