RU

Siqareti tərgitməyin ən yaxşı üsulu tapıldı – Tüstü vermir, beləcə bəladan xilas olursunuz

Elektron siqaretlər qadağan edilsə də, tüstüsüz məhsullar eyni kateqoriyaya aid deyil. Onlar texnoloji baxımdan fərqlidir. Cəmiyyət üçün əsas məsələ fərqi düzgün anlamaqdır: tüstü yaranmadığı üçün bu məhsullar ənənəvi siqaretlə eyni risk profilinə malik deyil.

Bu yaxınlarda Astana şəhərində “Technovation” adlı beynəlxalq tədbir keçirilib. Philip Morris International tərəfindən təşkil olunan konfransın əsas mövzusu tüstüsüz gələcək və bu istiqamətdə aparılan elmi araşdırmalar idi. Tədbirdə innovasiya, alternativ texnologiyalar və zərərin azaldılması yanaşması ön plana çıxarılıb.

Ənənəvi siqaretin əsas zərəri tütünün yanması və yaranan tüstü ilə bağlıdır. Yeni nəsil məhsullar isə nikotini yanma prosesi olmadan çatdırmağı hədəfləyir. Tütün qızdırma sistemləri, nikotin paketləri və digər tüstüsüz alternativlərdə zərərli maddələrin səviyyəsinin klassik siqaretlə müqayisədə daha aşağı olduğu bildirilir.

Aparılan tədqiqatların nəticələrinə görə, siqaret çəkməyə davam etməkdənsə, tüstüsüz alternativlərə keçid daha az riskli seçim hesab olunur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, elektron siqaretlərin tüstülü vəziyyətinin istehsal olunmasında məqsəd o idi ki, insan orqanizminə adi siqaretdən daxil olan nikotin çox ciddi ziyan verirdi.

Rasif

“Siqaretdəki nikotin insan bədənindəki bütün hüceyrələrə zərər verir. Hətta insan orqanizmi nikotindən asılı vəziyyətə düşür. Onu da tərgidəndə, müəyyən problemlər ortaya çıxır. Bu nöqteyi-nəzərdən elektron siqaretləri çəkdikdə içində nikotin olmasa da tüstü insanı müəyyən qədər sakitləşdirir. Tüstünün özünün də tərkibində müxtəlif kimyəvi maddələr olur. Eyni zamanda tənəffüs yollarında qıcıqlanmalar yaradır. Hətta, siqaret çəkməyən adamlar üçün də tüstünün zərərləri, problemləri var. Ən böyük problem isə orqanizmə nikotinin daxil edilməsidir. Ona görə də, dolayısı ilə tüstü buraxan elektron siqaretlər də insan sağlamlığına zərər verir. Bu səbəbdən də onların ölkəyə idxalına qadağa qoyulub. Ancaq unutmamalıyıq ki, elektron və tüstüsüz siqaretlər tam fərqlidir.

“Məqsəd tüstünün qabağını almaqdırsa, bunu anlamaq olar. Dünya ölkələrində zavodlar puldan ötrü nə qədər tüstülü elektron siqaretlər istehsal edir”, — deyə Rasif Bağırov qeyd edib.

“Tüstüsüz siqaretdən belə anlaşılır ki, tüstü verməyən siqaret hasil olacaq və içərisindəki mexanizmlər elektron siqaretdən fərqlənəcək. Bu siqaretlər tüstü verməyəcək. İnsanlar siqaret çəkəndə tüstünü gah burunlarından, gah da ağızlarından buraxırlar. Çünki insanın psixoloji durumu var. Tüstüsüz siqaret prosesinin həyata keçirilməsində məqsəd ölkələrdə getdikcə insanların siqaret çəkməklərinin sayını azaltmaqdır. Siqaret çəkən adamlar var ki, bu bəladan əl çəkmirlər. Ancaq tüstüsüz siqaretdən istifadə etməklə siqareti azalda bilərlər. Əslində, inkişaf etmiş ölkələrdə faizlər daha yüksəkdir, inkişaf etməmiş ölkələrdə isə rəqəmlər daha aşağıdır. İnkişaf etmiş ölkələrdə insanların öz sağlamlığına elmi yanaşması var. Onlara təbliğat da aparanda başa düşürlər ki, olmaz. Amma bəzi insanlar tüstü olmasa siqaret çəkməz. Çünki bu imitasiyadır. Bu, o vaxt ola bilər ki, insan özü siqareti tərgitmək istəsin. Beləcə tüstüsüz siqaretdən istifadə etməklə, tədricən onu tərgidə bilər. Yəni, kifayət qədər yüksək konsentrasiyada nikotin orqanizmə getməz və gətirib bu nəticəyə çıxarar. Amma bəzi insanlarda kifayət qədər nikotin içmədikdə yenə də o biri siqaretlərdən alıb istifadə edə bilərlər. Elektron siqaret təzə çıxanda hamı elə bildi ki, digər siqareti insanlar tərgidəcək. Bu da bir prosesdir. Yəni, insan özü bunu istəməlidir”, – tibb üzrə ekspert vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Избранный
111
konkret.az

1Источники