RU

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib

Bakı. Trend:

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizəekstradisiya edilib.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci iltarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq AzərbaycanRespublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlununekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti MonteneqroRespublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslışübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxsqismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıbgizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiqtədbirlər görülür.

Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digərşəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsiistiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyatakeçirilməsi davam etdirilir.

Məqalədə:
Избранный
43
22
az.trend.az

10Источники