RU

O mükafatı verən şəxs həbs olundu

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə bəzi qurumların adından mükafat verən Fəqani Hüseynov həbs olunub.

“Yeni Sabah”ın xəbərinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı çıxarılıb.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalı"nın direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.

Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub. (Teleqraf)


Telegram kanalımız
Избранный
86
18
yenisabah.az

10Источники