Vaşinqton, 4 mart, AZƏRTAC
ABŞ Müdafiə katibi Pit Heqset İranla müharibənin 8 həftə davam edə biləcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, keçirdiyi mətbuat konfransında bu barədə danışan Heqset müddətin əvvəllər düşünüləndən daha çox uzana biləcəyini söyləyib.
“Dörd həftə deyirik, amma altı, yaxud səkkiz həftə də ola bilər. Nəticə etibarilə, tempi biz müəyyən edirik”,- deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton