RU

İran İsmayıl Qaanini edam edib?

ABŞ və İsrailın İrana qarşı hücumları səngimək bilmir.  Fevralın 28-dən başlayan savaşda İranın Ali Dini lideri də olmaqla çox sayda yüksək rütbəli zabitləri həlak olub.

Hadisələr fonunda diqqət çəkən məqamlardan biri hücumdan sağ çıxan şəxs olub. 

Redaktor.az xəbər verir ki, söhbət İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaanidən gedir. 

Məlumata görə, Qaani əvvəlki illərdə də İsrailin iki hücumundan sağ çıxmışdı. Bu fakt onun barəsində “agent” iddialarının yenidən gündəmə gəlməsinə səbəb olub.

2020-ci ildə öldürülən keçmiş “Qüds” qüvvələri rəhbəri Qasım Süleymaninin yerinə təyin olunan və İran İnqilab Keşikçilərinin xarici əməliyyatlarına rəhbərlik edən Qaani yayılan iddialara münasibət bildirərək, “Prosesin sonunda həqiqətlər ortaya çıxacaq” sözləri ilə ittihamları təkzib edib.

Hadisənin əks-sədası davam edərkən, Qaaninin İran İnqilab Keşikçiləri tərəfindən sorğu-sual edildikdən sonra edam olunduğu iddia edilib. Lakin geniş rezonans doğuran bu məlumat İran rəsmiləri tərəfindən rəsmi şəkildə təkzib olunub.

Избранный
98
18
redaktor.az

10Источники