RU

Piylənmədən əziyyət çəkən uşaqların sayı 2040-cı ilə qədər 228 milyona çatacaq - Yeni hesabat

Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının 2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı proqnozlaşdırılır.

Day.Az xəbər verir ki, bu barədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb.

Bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı barədə xəbərdarlıq edən 2026-cı il "Ümumdünya piylənmə atlası" hesabatında dərc edilib.

 

Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər 11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda piylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük bir dəyişikliyi təmsil etdiyi bildirilir.

Yeni hesabatda 2026-2027-ci illər arasında piylənmə ilə yaşayan məktəbyaşlı uşaqların sayının dünyada ilk dəfə çəki azlığı olanları keçəcəyi təxmin edilir. 2010-cu ildən bəri 180-dən çox ölkədə uşaqlarda artıq çəki və piylənmə hallarının artması müşahidə olunub.

Səhiyyə mütəxəssisləri bildirirlər ki, mövcud tendensiyalar davam edərsə, 2040-cı ilə qədər 5-19 yaş arası ən azı 120 milyon uşaqda yüksək bədən kütlə indeksi ilə əlaqəli xroniki xəstəliklərin erkən əlamətləri inkişaf edə bilər.

Избранный
6
6
day.az

7Источники