RU

ABŞ İrana hücumlarından 2 milyard dollar dəyərində hərbi texnika itirib.



ABŞ-ın İrana hücumlarının ilk 4 günündə təxminən 2 milyard dollar dəyərində hərbi texnika itirdiyi müəyyən edilib.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri İranın bölgədəki ABŞ hərbi aktivlərinə vurduğu ümumi ziyan 1,902 milyard dollara çatıb.

Bu xərcin böyük bir hissəsi Qətərdəki Əl-Udeid Hava Bazasında yerləşən və təxminən 1,1 milyard dollar dəyərində olan AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin İranın raket hücumunda vurulması ilə bağlıdır.

Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 3 F-15E Strike Eagle qırıcı təyyarəsinin dəyişdirilməsi də təxminən 282 milyon dollara başa gələcək.

İranın Bəhreynin Manama şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəf alan hücumunda iki peyk rabitə terminalı və bir neçə digər əsas tikili zərər görüb.

Hədəf götürülən AN/GSC-52B peyk rabitə terminallarının hər birinin təxminən 20 milyon dollar dəyərində olduğu təxmin edilir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən ABŞ ordusunun Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) ballistik raketdən müdafiə sisteminin AN/TPY-2 radar komponenti də hücumlarda məhv edilib.

Bu radarın təxminən 500 milyon dollar dəyərində olduğu düşünülür.

Anar
Избранный
104
newscenter.az

1Источники