RU

Sabunçu rayonunda gölün qanunsuz doldurulması işləri davam edirVİDEO

Göl qanunsuz doldurulur.

Bir müddət əvvəl "Xəzər Xəbər"in məsələni işıqlandırmasından sonra aiddiyyəti qurum məsələni araşdırıb və məlum olub ki, paytaxtın Sabunçu rayonunda yerləşən göl qanunsuz olaraq doldurulur.

Ətrafda yaşayan sakinlər bu ərazinin doldurulmasının səbəbini bilmirlər. Ancaq bu işin onların xeyirinə olduğunu qeyd edirlər.

"Aidiyyatı qurum bildirir ki, gölün doldurulması qanunsuzdur" fikrinə iş icraçısının cavabı belə oldu.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzrəti Xidmətinin mətbuat Katibi Xanlar Mehdiyev bildirildi ki, sözü gedən məsələ yerində araşdırılıb və məlum olub ki, həmin hissə süni şəkildə doldurulub.

O da bildirildi ki, bütün toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
110
1
xezerxeber.az

2Источники