RU

Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər

style='margin-bottom:10px;'>

"Lids"in baş məşqçisi Daniel Farke İngiltərə Futbol Assosiasiyası tərəfindən intizam məsuliyyətinə cəlb olunub.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, almaniyalı mütəxəssis Premyer Liqanın 28-ci turunda baş tutan "Mançester Siti" ilə oyundan sonrakı qeyri-etik davranışına görə ittiham olunub.

Fevralın 28-də keçirilən matçın final fitindən sonra meydana daxil olan Farke assosiasiya qaydalarına zidd davranaraq hakimlərlə münaqişə edib. Baş məşqçiyə irəli sürülən ittihamlara rəsmi cavab vermək üçün martın 6-sı qədər vaxt verilib. 

Xatırladaq ki, sözügedən qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 45+2-ci dəqiqədə yarımmüdafiəçi Antuan Semenyo vurub.

Избранный
236
2
teleqraf.com

3Источники