RU

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilir  

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ramil Yaqub oğlu Mənsimovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqronun səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Ramil Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Məlumatda, həmçinin diqqətə çatdırılıb ki, Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Избранный
28
22
azerbaijan-news.az

10Источники