RU

Rusiyada saat 21:00-dan sonra siqaret satışı QADAĞAN EDİLƏCƏK

Ruslara saat 21:00-dan sonra siqaret almaq qadağan ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyada aktivistlər tütün məhsullarının satışı ilə bağlı qaydaların sərtləşdirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Yeni təklifə əsasən, ölkədə axşam saatlarında siqaret satışına ciddi məhdudiyyət qoyulması nəzərdə tutulur.

Aktivistlərin fikrincə, saat 21:00-dan sonra tütün məhsullarının satışı dayandırılmalıdır.

Bundan başqa, ictimaiyyət nümayəndələri parklar, istirahət bağları və sahilboyu ərazilərin yaxınlığındakı siqaret satış məntəqələrinin ləğv edilməsini təklif edirlər.

Onlar hesab edirlər ki, bu cür tədbirlər uşaqları zərərli vərdişlərdən qorumağa və gələcəkdə asılılığın yaranmasının qarşısını almağa kömək edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
132
interpress.az

1Источники