RU

Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə “Xudafərin” nəşriyyatının çap etdiyi “Bir ananın taleyi adlı” kitab Masallı rayonunun Yeddioymaq kənd sakini Hacı Xanımnənə Qulam qızının 100 illik yubileyinə həsr olunub.Qeyd edək ki, ötən ilin noyabr ayından nəşrə hazırlanan kitabın internet portallarında yayımlanan “Canavarla üz-üzə” hekayəsi oxucu və izləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdı.

12 bölümdən ibarət, iki hissəli kitabın ideya müəllifi Üzeyir Salayev, redaktoru isə tanınmış filosof-şair Rafael Həbiboğludur.Eyniadlı kino-povest əsasında qələmə alınan “Bir ananın taleyi” kitabında müəllif bədii yaradıcılıq ənənələrinə sadiq qalaraq qadın–ana obrazını oxucunun gözləri önündə daha dolğun canlandırır. Bu məqsədlə hekayə, esse, maraqlı fraqmentlər və portret ştrixlərindən ustalıqla istifadə olunur.Kitabı yalnız ədəbi mətn deyil, həm də bir növ mənəvi sənəd, gələcək nəsillər üçün yazılmış səssiz bir etiraf, unudulmamaq üçün tutulmuş yaddaş qeydi adlandıran ön sözün müəllifi, çağdaş milli düşüncə mühitində sözü və mövqeyi ilə seçilən professor, doktor Hüseyn Şərqi yazır:“Müəllif ananı ucalığa qaldırmaq üçün onu idealizə etmir; əksinə, onu olduğu kimi göstərir. Elə bu səbəbdən də oxucu bu ananı anlayır, hiss edir, bəzən öz anasını, bəzən də öz taleyini onun simasında görür…‘Bir ananın taleyi’ni oxuyarkən insan anlayır ki, tarix yalnız böyük hadisələrdən, müharibələrdən, siyasi qərarlardan ibarət deyil. Tarix həm də mətbəxdə göz yaşı ilə bişirilən çörəkdir, gecələr gizlincə edilən dualardır, səhərə ümidlə açılan gözlərdir. Bu kitab məhz həmin görünməyən, amma hər şeyi daşıyan həyat qatını üzə çıxarır…”Xatırladaq ki, yazıçı-dramaturq Nurəddin Ədiloğlu bir sıra tarixi roman, sənədli povest və dram əsərlərinin, eləcə də Masallının görkəmli şəxsiyyətlərinin həyatına həsr olunmuş “Ruhani dünyası”, “Yarımçıq qalmış şikəstə”, “Sarəng zirvəsi”, “Bizim ağamız”, “Seyid Sadıq aləmi”, “Sonuncu monoloq”, “Masallı Mamed”, “Ölməzlik haqqı”, “Masallı -cənnət Misallı” və digər bədii-publisistik kitabların müəllifidir. Onun ssenariləri əsasında sənədli və bədii filmlər çəkilib, rəhbəri olduğum “Masal Production” film şirkətinin istehsal etdiyi sənədli filmlərdə məsləhətçi kimi fəaliyyət göstərib.Əgər kimsə Masallının tarixi, mədəniyyəti, mətbəxi, şəxsiyyətləri haqqında öyrənmək istəyirsə onun kitablarına müraciət edə bilər. Nurəddin Ədiloğlu müəllifi olduğu 35 kitabın 32-si bilavasitə və ya dolayısı ilə Masallıdan bəhs edir. Müəllifin qələminə yaxından bələd olan bir jurnalist, ssenarist, ictimai fəal kimi əminəm ki, “Bir ananın taleyi” kitabı anaya, nənəyə, bir sözlə, qadına ülvi duyğular aşılayan bu kitab quzeyli-güneyli Azərbaycanda gənc ailələrin marağına səbəb olacaqdır. Cəfər Cəfərov

Jurnalist-ssenarist Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники