Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının 2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb.
Uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı barədə xəbərdarlıq edilir.
2026-cı il “Ümumdünya piylənmə atlası” hesabatında qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər 11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda piylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük bir dəyişikliyi təmsil etdiyi bildirilir.