BAKI, 5 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında yerləşən kürd silahlı dəstələrinin mövqelərinə raket zərbələri endirdiyini bildirib.
Teleqraf xəbər verir ki, SEPAH-ın qərargahının yaydığı açıqlamaya görə, İraq Kürdüstanında fəaliyyət göstərən antiiran kürd qruplaşmalarının mövqeləri hədəfə alınıb.
“SEPAH İraq Kürdüstanında yerləşən antiiran kürd qruplaşmalarının mövqelərinə raket zərbələri endirib”, - deyə qurumun bəyanatında bildirilir.
“Al Mayadeen” telekanalının yaydığı məlumata görə, İran hərbçiləri İraqın şimalında yerləşən kürd silahlı dəstələrinin mövqelərinə üç raket zərbəsi endirib.