Şükür ki, o torpaqları görmək bizə nəsib oldu.
"Report" xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Əbülfət Süleymanov deyib.
"Biz illərdir bu günü gözləyirdik, doğma yurdumuz Ağdama gedirik. Yurdumuzu tərk edəndə nə vaxtsa geri dönəcəyimizə inanırdıq və bu gün o arzu gerçəyə çevrilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü sevinci bizə yaşadan Prezident İlham Əliyevə cansağlığı arzulayıram", - deyə Ağdam şəhər sakini qeyd edib.