RU

Səhər yeməyinin ayrılmaz hissəsidir Damarları tıxayır, infarkta dəvətnamə dir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda süfrələrin ayrılmaz hissəsinə çevrilən bəzi yağların sağlamlıq üçün risk yaratdığı bildirilir. Xüsusilə marqarin ürək-damar sistemi üçün təhlükəli məhsullar arasında ilk sıradadır.Demokrat.az xəbər verir ki, kardioloqların sözlərinə görə marqarin tərkibindəki trans yağlar səbəbindən damar divarlarında yığıntıların yaranmasına şərait yaradır. Bunlar zamanla damarların daralmasına, elastikliyini itirməsinə və nəticədə qan axınının zəifləməsinə səbəb olur. Hətta müntəzəm və az miqdarda qəbul belə uzunmüddətli perspektivdə infarkt və insult riskini artırır.Marqarini digər yağlardan fərqləndirən əsas məqam onun istehsal prosesidir. Duru bitki yağları sənaye üsulu ilə hidrogenlə doyurularaq bərk hala salınır və bu zaman trans yağlar əmələ gəlir. Həkimlərin fikrincə, məhz bu maddələr orqanizmin təbii metabolizmi ilə uyğun gəlmir və “pis” xolesterolu artıraraq “yaxşı” xolesterolun səviyyəsini azaldır.Azərbaycanda xüsusilə səhər süfrələrində, şirniyyat məmulatlarında və hazır paketlənmiş qidalarda marqarindən geniş istifadə edilir. Bəzi kiçik sexlərdə istehsal olunan tort, piroq və bulkaların maya dəyərini azaltmaq üçün məhz bu növ yağlara üstünlük verilməsi riskləri daha da artırır. İstehlakçılar isə çox vaxt məhsulun tərkibinə diqqət yetirmədən alış-veriş edirlər.Bildirilir ki, sağlam həyat üçün qablaşdırma üzərində “hidrogenləşdirilmiş yağ” və ya “qismən hidrogenləşdirilmiş yağ” ifadəsi olan məhsullardan uzaq durmaq vacibdir. Ev şəraitində isə daha çox təbii kərə yağı və ya keyfiyyətli bitki yağlarına üstünlük verilməsi tövsiyə olunur.Həkimlər xəbərdarlıq edirlər ki, damar tıxanması bir günün problemi yox, illərlə davam edən yanlış qidalanma vərdişlərinin nəticəsidir. Buna görə də gündəlik rasiona diqqət yetirmək ürək sağlamlığını qorumağın ən effektiv yoludur.Həmçinin oxu:

13-cü dəfə burun əməliyyatı oldu

Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu

'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTOİsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
demokrat.az

1Источники