RU

İranın İraq Kürdüstanı ilə sərhəddəki hərbi postları bombalanıb

İranın İraq Kürdüstanı ilə sərhəddəki hərbi postları bombalanıb

İran silahlı qüvvələrinin İraq Kürdüstanı ilə sərhəd bölgəsində yerləşən mövqeləri hava hücumuna məruz qalıb.

AFN.az xəbər verir ki, bununla bağlı "Al Hadath" telekanalı məlumat yayıb. Bildirilir ki, bombardman zamanı sərhəd xəttindəki İran hərbi obyektləri və ordu postları hədəf alınıb.

Hücumun konkret kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Həmçinin İran tərəfinin hərbi itkiləri və ya obyektlərə dəyən ziyanın miqyası barədə rəsmi məlumat verilməyib. Bölgədə gərginliyin artdığı müşahidə olunur.

Избранный
115
afn.az

1Источники