ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına start verilib. U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) 1-ci, Matey Petre (Rumıniya) 2-ci, Adam Hubaç (Slovakiya) 3-cü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.
U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə 1-ci, Marek Foltin (Çexiya) 2-ci, Morits Bauregger (Almaniya) 3-cü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib çıxıb.
Böyüklərin sprint yarışında isə kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Tomas Bussar (İsveçrə) 2-ci, Martines Ferrer (İspaniya) 3-cü yeri tutub.
Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu olub. Julia Murada (İtaliya) gümüş, Tatyana Paller (Almaniya) bürünc medal qazanıblar.
Qabil YUSİFOĞLUXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.