RU

“Barselona” ittihamları qətiyyətlə rədd edir

“Barselona” maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamlara dair rəsmi bəyanat yayıb. İspaniya klubu ittihamları rədd edib.

"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi “çirkli pulların yuyulması” və əsassız komissiya haqlarının alınması kimi iddiaları qəti şəkildə təkzib edib.

“Barselona”nın bəyanatında bildirilib ki, hələ yanvarın ortalarında bəzi media qurumları və “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” tərəfindən daxil olan sorğular daxili və xarici yoxlamalardan keçirilib. Araşdırmalar nəticəsində məlumatların həqiqəti əks etdirmədiyi və saxtalaşdırılmış sənədlərə əsaslandığı müəyyən olunub. Klub rəhbərliyi bu yalan məlumatların seçki prosesi ərəfəsində “Barselona”nın imicinə xələl gətirmək və demokratik prosesə təsir etmək məqsədi daşıdığını qeyd edir.

Bununla bağlı klub saxta sənəd təqdim edən və böhtan atan şəxslərə qarşı dərhal hüquqi addımlar atacağını, həmçinin bu məlumatları yayan media qurumlarına qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

Əlavə edək ki, “Barselona” rəhbərliyi seçki komissiyasına bütün lazımi sənədləri təqdim edərək namizədləri yalan xəbərlərdən istifadə etməməyə çağırıb.

Избранный
127
3
football-plus.az

3Источники