RU

Rusiya ordusu Ukraynada daha 900 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 900 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 270 min 400 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 4 tank, 41 artilleriya sistemi və 7 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
21
missiya.az

10Источники