Kürd silahlı qrupların İraq Kürdüstan sərhədindən İran ərazisinə hücum etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, bunu İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzani deyib.
Bərzani heç bir İraq kürdünün sərhədi keçmədiyini və bu məlumatların tamamilə yalan olduğunu bildirib.