RU

Böyük güzəştlə olacaq - 450 min nəfərə ŞAD XƏBƏR

Təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyət "Təhsil Plus" kartlarından yararlana biləcək.

Day.Az xəbər verir ki, təhsil işçiləri bu kartdan həm bank kartı, həm əməkhaqqı kartı, həm də işlədikləri müəssisəyə giriş-çıxış kartı kimi istifadə edəcəklər.

İstifadəçilər ictimai nəqliyyatda BakıKart vasitəsilə QR ödənişlərində 10%, kinoteatrlarda 5%, yanacaqdoldurma məntəqələri, kafe və restoranlarda isə 2% keşbek qazanacaqlar.

Müəllimlər üçün nəzərdə tutulan "Təhsil Plus" kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək. Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən 10 müəllimə artıq "Təhsil Plus" kartları təqdim olunub.

"Tələbə Plus" kartına gəlincə isə bildirilib ki, artıq 160 minə yaxın tələbə bu kartdan istifadə edir. Gələcəkdə kart vasitəsilə tələbələr üçün ictimai nəqliyyatda 10 faiz endirim tətbiq olunması nəzərdə tutulur.

Elcan Turan
Day.Az

Избранный
26
day.az

1Источники