RU

Sağlam yaşamaq üçün əsas təhlükə nədir? - ARAŞDIRMA

Tənhalıq və sosial təcrid yaşlı insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssislər Tokionun Sağlam Uzunömürlülük Araşdırmaları Mərkəzində aparılan araşdırmaya istinadən bildiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, sosial təcrid və tənhalıq sağlam və uzun ömür sürməyə mane olan əsas amillərdən biridir. Onların sözlərinə görə, sağlam həyat müddətinə fiziki aktivlik və qidalanma kimi faktorlar da təsir göstərir, lakin sosial əlaqələrin rolu xüsusilə böyükdür.

Mütəxəssislər xatırladıblar ki, Yaponiyada tarixən yerli icma ilə müxtəlif ünsiyyət formaları mövcud olub. Qonşu birlikləri və digər ictimai fəaliyyətlər insanların bir-biri ilə əlaqə saxlamasına imkan yaradırdı. Alimlərin fikrincə, məhz bu cür sosial münasibətlər ölkədə sağlam uzunömürlülüyün yüksək səviyyədə olmasının səbəblərindən biri ola bilər.

Bununla yanaşı, tədqiqatçılar bildiriblər ki, müasir həyat tərzi insanların davranışlarını dəyişir. Məsələn, bir çox insan alış-verişi internet vasitəsilə etdiyinə görə şəxsi ünsiyyətə daha az ehtiyac duyur. Eyni zamanda ünsiyyəti yorucu hesab edənlərin sayı da getdikcə artır.

Ekspertlər “zəif sosial əlaqələr” adlandırılan münasibətlərin qorunmasının vacibliyini də vurğulayıblar. Bu, insanların ətrafdakı şəxslərlə tez-tez görüşməsə belə, müəyyən əlaqəni saxlamaq anlamına gəlir.

Qeyd edək ki, Yaponiya dünyada orta ömür uzunluğunun ən yüksək olduğu ölkələrdən biridir. Ölkə hökumətinin məlumatına görə, qadınlarda orta ömür uzunluğu təxminən 87, kişilərdə isə 81 ildir. Hazırda ölkə əhalisinin təxminən 30 faizi 65 yaşdan yuxarıdır, 16 faizi isə 75 yaşdan çoxdur.

Nuriyyə NATİQQIZI

Избранный
36
1
redaktor.az

2Источники