Bakı. TurkicWorld:
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
TurkicWorld-in məlumatına görə, 28 fevral 8.00-dan – 5 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1249 nəfər təxliyə olunub.
Belə ki, 401 Çin, 259 Azərbaycan, 259 Rusiya, 109 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 9 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Fillipin və Qazaxıstanın hər biri üzrə 3 vətəndaş, Nepal, Türkiyə, Yəmən, Qırğızıstan, İtaliya, Çexiya, Böyük Britaniya, Xorvatiyanın hər biri üzrə isə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv Adaları, Cənubi Afrikan, Kuba, Ukrayna, İsveç və Almaniyanın hər biri üzrə isə 1 nəfər təxliyə edilib.