RU

İran hədələyir: “Süleymani” freqatına görə cavab verəcəksiniz!

Beynəlxalq sularda batırılan İranın “IRIS Dena” freqatının göyərtəsində azı 130 dənizçi olub. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Onun sözlərinə görə, gəmi heç bir xəbərdarlıq edilmədən hücuma məruz qalıb.

“Göyərtəsində təxminən 130 dənizçi olan Dena freqatı beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Sözlərimi yadınızda saxlayın: ABŞ yaratdığı bu presedentə görə acı peşman olacaq”, – deyə Araqçi bildirib.

Dünən ABŞ ordusunun İran Hərbi Dəniz Qüvvələrinə məxsus və SEPAH donanmasının tərkibində olan “Süleymani” adlı esminesi batırdığı barədə məlumat yayılmışdı. Hadisə nəticəsində azı 80 nəfərin öldüyü, 32 nəfərin Şri-Lanka hakimiyyəti tərəfindən xilas edildiyi, daha 32 nəfərin isə itkin düşdüyü bildirilib.

İranın flaqman gəmilərindən birinin məhv edildiyini ABŞ-ın müdafiə naziri Pit Hegset də təsdiqləyib.
 

“Deyəsən, ABŞ prezidenti Donald Tramp onu iki dəfə öldürdü’”, – deyə Hegset qeyd edib. O, bununla həm gəminin məhv edilməsinə, həm də SEPAH-ın keçmiş komandiri Qasım Süleymaninin vaxtilə Trampın əmri ilə öldürülməsinə işarə edib.


Qeyd edək ki, IRIS “Dena” freqatı ağır artilleriya silahları, zenit və gəmiəleyhinə raketlər, torpedolarla təchiz olunmuşdu və göyərtəsində helikopter daşımaq imkanına malik idi.

Bizim.Media

Избранный
25
1
bizim.media

2Источники