RU

Müharibənin gedişatını dəyişəcək addım: Yeni silah

Altı gündür ABŞ və İsraillə müharibə aparan İran yeni silahını tətbiq edib. 

Belə ki, "Şahid-136" pilotsuz təyyarəsinin daha inkişaf etmiş versiyası olan "Hadid-110" döyüşdə istifadə olunmağa başlayıb. ABŞ hədəflərinə qarşı əməliyyatlarda istifadə edilən və torbojet mühərriki ilə təchiz olunmuş "Hadid-110"-un saatda 510 kilometrə qədər sürətə çatdığı və radarda daha aşağı görünürlük səbəbindən hədəfləri vurmaqda daha yüksək uğur nisbətinə malik olduğu deyilir.

“Cebheinfo.az” xarici mediaya istinadən bildirir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ hərbi bazalarına hücumlarda ilk dəfə olaraq "Hadid-110" reaktiv mühərrikli pilotsuz uçuş aparatından istifadə edib.

"Hadid-110" pilotsuz uçuş aparatı saatda təxminən 510 kilometr sürətə çata bilir və bu da onu İranın ən sürətli dronlarından birinə çevirir.

"Hadid-110" pilotsuz uçuş aparatı 350-400 kilometr mənzilə malikdir və təxminən bir saat havada qala bilir.

"Tasnim" Xəbər Agentliyinin məlumatına görə, "Hadid-110"-un ən diqqət çəkən xüsusiyyəti onun turboreaktiv mühərriklə təchiz olunmasıdır. Üçbucaqlı (delta qanadlı) dizayna malik olan dronun saatda təxminən 510 kilometr sürətə çatması onu İranın inventarındakı ən sürətli pilotsuz uçuş aparatlarından birinə çevirir.

Hərbi analitiklər qeyd edirlər ki, "Hadid-110" xüsusilə hava hücumundan müdafiə sistemlərini aşmaq üçün hazırlanıb. 

Mütəxəssislərin fikrincə, əvvəllər istifadə edilən "Shahid-136" modeli ilə müqayisədə onun daha yüksək sürəti və daha aşağı radar görünürlüyü hədəfi vurma ehtimalını artırır.

İki model arasındakı texniki fərqlər də diqqətəlayiqdir. "Shahid-136" saatda təxminən 180 kilometr sürətə çata bilsə də, "Hadid-110"-saatda 510 kilometrə qədər sürətə çatır. Bunun əksinə olaraq, "Shahid-136" təxminən 2000 kilometrlə uzaqmənzilli dron hesab olunur, "Hadid-110"-un mənzilinin isə 350 ilə 400 kilometr arasında olduğu bildirilir.

"Hadid-110"- təxminən bir saat havada qala bilir və buna görə də uzunmənzilli hücumlar əvəzinə sürətli, taktiki missiyalar üçün nəzərdə tutulur.

Qeyd edək ki, "Hadid-110" pilotsuz təyyarəsi ilk dəfə 12 fevral 2025-ci ildə təqdim edilib və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirak etdiyi birgə hərbi təlimlərdə sınaqdan keçirilib. İran mediasının məlumatına görə, sistem son hücumlarla ilk dəfə əməliyyat missiyasında istifadə edilib.

Избранный
107
1
cebheinfo.az

2Источники