Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Rixard Zorge” adına parkdakı ağacların arasında yeni yol salınıb.
Bizim.Media xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazidən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyini əlavə edib.
Mövzuya Nəsimi rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov münasibət bildirib:
“Parkın ərazisində yerləşən binanın söküntüsü zamanı yaranmış tullantıların yük avtomobilləri ilə daşınması üçün müvəqqəti olaraq ərazidən istifadə edilib. Sözügedən sahə bərpa olunub. Sahənin mövcud vəziyyəti barədə fotoşəkil əlavə olunur”. (Qafqazinfo.az)




Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта